Fransada iki yaşlı qız uşaq bağçasından sərxoş halda qayıdıb. Hadisə Senlis şəhərində baş verib.
Prokurorluq azyaşlının ağır alkoqol sərxoşluğu ilə xəstəxanaya yerləşdirilməsindən sonra ilkin istintaqa başlayıb.
Valideynlər bildiriblər ki, səhər uşağı bağçaya aparıblar. Günorta isə bağça əməkdaşları zəng edərək qızın "dayanmadan yıxıldığını" deyiblər.
Xəstəxanada qanında alkoqol səviyyəsi 2.14 qram/litr olub. Həkimlər uşağın "tamamilə sərxoş" olduğunu bildiriblər.
Bağçanın fəaliyyəti müvəqqəti dayandırılıb. Uşağın vəziyyəti qənaətbəxşdir.












