ABŞ-nin müdafiə naziri Pit Heqset Polşaya qoşun yeridilməsini birtərəfli qaydada ləğv edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nazirin gözlənilməz qərarı onun tabeliyindəkiləri də şoka salıb.
ABŞ və Avropa rəsmiləri telefon danışıqları ilə vəziyyəti aydınlaşdırmağa çalışırlar.
Polşa xarici işlər nazirinin müavini Marçin Bosaçki bildirib ki, Varşava bir neçə aydır qoşun sayının artırılması üçün danışıqlar aparır.
Prezident Donald Tramp Almaniyadakı qoşunların bir hissəsinin Polşaya köçürülməsinin mümkünlüyünü istisna etməyib.
Mayın əvvəlində Almaniyadan 5 min hərbçinin çəkiləcəyi barədə məlumatlar yayılmışdı.
"Defense News"un məlumatına görə, ABŞ Polşaya 4 mindən çox hərbçi göndərmək qərarını ləğv edib.












