Cənubi Koreyada 70 yaşlı kişi toy mərasimində 17 pul zərfini oğurlayarkən yaxalanıb.
Hadisə Busan şəhərində baş verib. O, özünü qonaq kimi göstərərək qeydiyyat masasından zərfləri götürüb.
Təhlükəsizlik kameraları və şəxsi məlumatları sayəsində qısa müddətdə tutulub. Zərəri ödəyib və 1,2 milyon von kompensasiya verib.
Məhkəmə onu 2 il şərti cəzaya məhkum edib.












