Mayın 21-dən 25-dək Azərbaycanda hava qeyri-sabit olacaq. Şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib: bəzi yerlərdə yağış intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağacağı da bildirilir.
Yağıntılar çaylarda sululuğu artıracaq, dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur. Xüsusilə 21-22-də yağıntı güclənəcək.












