Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 751-755 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gündüz dağlıq və dağətəyi rayonlarda yağıntılı olacaq. Bəzi yerlərdə qısamüddətli intensiv yağış, şimşək, dolu ehtimalı var. Səhər və axşam dağlıq ərazilərdə duman, şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18°, gündüz 26-31°, dağlarda gecə 7-12°, gündüz 15-20°, bəzi yerlərdə 24-26° isti olacaq.












