Almaniyada bir pediatrın 12 il ərzində uşaqlara qarşı təcavüz etdiyi məlum olub. Prokurorluq həmin şəxsə 130 epizod üzrə ittiham irəli sürüb.
Oxu.Az xəbər verir ki, bu barədə NDTV telekanalı xəbər yayıb.
İstintaqın məlumatına görə, təcavüzkar 2013-cü ilin dekabrından 2025-ci ilin noyabrına qədər fəaliyyət göstərib. O, cinayətlərini Brandenburqun Ratenov və Nauen şəhərlərində yerləşən klinikalarda törədib.
Pedofil həkimi xəstələrdən birinin anası ifşa edib. Qadın həkimin öz kabinetində övladına qarşı etdiyi hərəkətlərin şahidi olub.












