Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov ordunun dörd il ərzində ciddi döyüş yolu keçdiyini bildirib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, Qnatov bu təcrübənin unikal olduğunu vurğulayıb: "Silahlı Qüvvələrin döyüş potensialı əhəmiyyətli dərəcədə artıb. Yeni təşkilati strukturlar, briqadalar və alaylar formalaşıb."
O, həmçinin Ukraynada hava müdafiəsi və kritik infrastrukturun qorunması üçün sistemlərin yaradıldığını qeyd edib.












