Hindistan paytaxtı Nyu-Delhinin cənubunda yerləşən bir hoteldə baş verən yanğında 13 xarici vətəndaş həyatını itirib.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval brifinqdə bildirib ki, ölənlər arasında Mozambik, Nigeriya, Qırğızıstan, Özbəkistan, Banqladeş, Liberiya, Konqo və İraqdan olan şəxslər var.
Yanğın zamanı 20-dən çox əcnəbi yaralanıb. Nazirlik bütün səfirliklərlə əlaqə saxlayır və yardım göstərir.
Yanğın iyunun 3-də səhər saatlarında baş verib. Ümumilikdə 21 nəfər ölüb, 47 nəfər xilas edilib. Səbəblər araşdırılır, hotel sahibi həbs olunub.












