Bond.az White LogoBond.az Black Logo

Aİ Naxçıvana dəmir yolu investisiyası qoyur

Avropa İttifaqı Naxçıvanda dəmir yolu layihəsinə investisiya qoyur. Detallar və ekspert rəyləri Bond.az-da.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Avropa İttifaqı () Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasını Azərbaycandakı əsas investisiya layihələrindən biri kimi nəzərdən keçirir.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, vaxtilə Bakıdan, Xəzər dənizi sahilindən Qara dənizə qədər bağlantını təmin etmiş bu dəmir yolu xətti uzun müddət baxımsız vəziyyətdə qalmışdı.

Bojkov bildirib ki, bu yaxınlarda Naxçıvana səfər edib və bir qrup ekspertlə birlikdə Culfa-Naxçıvan marşrutu üzrə dəmir yolu hissəsinə baxış keçirib.

"Biz bu yolu sürəti təxminən 20 km/saat olan işçi qatarla getdik. Təxminən 20 kilometr yolu qət etmək üçün üç saata yaxın vaxt lazım oldu", - o qeyd edib.

Aİ nümayəndəsinin sözlərinə görə, mütəxəssislər hazırda xəttin texniki vəziyyətini, tələb olunan investisiyaların həcmini, mümkün bərpa mexanizmlərini və layihənin təxmini dəyərini təhlil edirlər.

"İlkin nəticələr göstərir ki, dəmir yolu infrastrukturu ümumilikdə qənaətbəxş vəziyyətdədir", - Bojkov deyib.

O qeyd edib ki, inspeksiya zamanı ekspertlər körpülərin, yol ötürücülərinin, həmçinin Araz çayı boyunca, dövlət sərhədinə yaxın ərazidə dəmir yolu hissəsinin vəziyyətini araşdırıblar.

"Naxçıvan dəmir yolunun bərpası layihəsi milli əhəmiyyət daşıyır və prioritet investisiya istiqamətlərindən biri kimi nəzərdən keçirilir", - Bojkov vurğulayıb.

Digər Xəbərlər
2026-06-12 07:00
|
927

Bakıdan yay səyahətləri: geniş seçim imkanları

Yay mövsümündə Bakıdan 40 aviaşirkət ilə geniş marşrut şəbəkəsi. Türkiyə, Avropa, Asiya istiqamətlərində uçuşlar.

0
2026-06-10 10:02
|
415

AZAL Bakı-Maskat aviareysini açır

AZAL Bakı-Maskat aviareysini açmağı planlaşdırır. Yeni reys turizm və biznes əlaqələrini gücləndirəcək.

0
2026-06-07 13:31
|
609

IATA: Azərbaycan aviasiyası Mərkəzi Asiyanı qabaqlayır

IATA: Azərbaycanın aviasiya bazarı Mərkəzi Asiyadan daha yetkindir.

0
2026-06-06 23:31
|
821

Bakı-Tbilisi qatarı ilə Türkiyəyə yol açıldı

Bakı-Tbilisi qatarının bərpası ilə Türkiyəyə səyahət marşrutları, qiymətlər və turizmçilərin şərhləri.

0
2026-06-01 06:34
|
659

FLYONE Asia Bakı və Gəncəyə uçuşlara başlayıb

FLYONE Asia aviaşirkəti Daşkənddən Bakı və Gəncəyə müntəzəm uçuşlara başlayıb. Yeni marşrutlar haqqında ətraflı məlumat.

0
2026-05-30 21:01
|
221

AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa etdi

AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa etdi. İlk reys mayın 30-da həyata keçirilib, uçuşlar həftədə bir dəfə şənbə günləri olacaq.

0
2026-05-27 07:33
|
641

Bakıda WUF13 hotelləri bahalaşdırdı

WUF13 zamanı Bakıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 620 manata qədər bahalaşıb, doluluq 100%-ə çatıb.

0
2026-05-23 01:01
|
281

Bayramda kənd evlərinə tələb artdı - Qiymətlər

Qurban bayramı ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb. İsmayıllı, Lənkəran və Zaqatalada qiymətlər bəlli oldu.

0
2026-05-17 07:31
|
981

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində

Bakı turizm bazarında yenidən diqqət mərkəzində: bahalı biletlər ucuzlaşa bilər. AZAL Təl-Əviv və Dubaya uçuşları bərpa edir, turizmçilər canlanma gözləyir.

0
...
Aİ Naxçıvana dəmir yolu investisiyası qoyur | Bond.az