Qurban bayramı ərəfəsində rayonlara axın edən turistlər günlük kirayə evlərə üstünlük verir. Bu da bölgələrdə qiymət artımına səbəb olub.
İsmayıllıda kirayə evlərə tələbat yüksəkdir. Yerli sahibkarların sözlərinə görə, artıq yerlərin 90%-i rezerv olunub. Qiymətlərdə ötən illə müqayisədə 50-60 manatlıq fərq var. Evlərin şəraitindən asılı olaraq qiymətlər 20-30 manat dəyişir.
Lənkəranda vəziyyət fərqlidir. Zənglərin sayında azalma müşahidə olunur. Qiymətlər evlərin şəraitinə görə dəyişir: sadə evlər 50-60 manat, bağ evləri 80-100 manat, hovuzlu evlər 100-300 manat.
Zaqatalada qiymətlər daha münasibdir. 30 manatdan başlayaraq 80 manata qədər evlər tapmaq mümkündür. Hotellərdə qiymətlər 40-100 manat arasında dəyişir.
Turizm sektorunda çalışanlar bildirir ki, bayram günləri yaxınlaşdıqca boş yerlərin sayı sürətlə azalır.

