Azərbaycanın hava nəqliyyatı şəbəkəsi genişlənir. "FLYONE Asia" Daşkənddən Bakı və Gəncəyə müntəzəm reyslərə başlayıb.
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, Daşkənd-Bakı-Daşkənd reysləri hər çərşənbə, Daşkənd-Gəncə-Daşkənd reysləri isə hər bazar günü həyata keçiriləcək.
Bu, aviasiya sektorunun inkişafı və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün mühüm addımdır. Yeni marşrut sərnişinlərə əlavə seçim imkanı yaradacaq.
Gəncə ilk dəfə Daşkəndə birbaşa uçuş əldə edir. Bu, turizm və biznes əlaqələrinin inkişafına töhfə verəcək.
Ətraflı məlumat "FLYONE Asia"-nın rəsmi satış kanallarında mövcuddur.




