İsti günlərdə rahat yuxuya getmək üçün yataq dəstini beş dəqiqəlik dondurucuya yerləşdirmək tövsiyə olunur.
Terapevt Yelena Pavlova bildirib ki, bədən hərarətini azaltmaq üçün topuq və biləkləri sərin su ilə yumaq səmərəlidir.
Yuxuya getməzdən əvvəl döşəkağını polietilen paketə bükərək dondurucuda beş dəqiqə saxlayın. Bu üsul bir neçə saatlıq sərinlik verir.
Pəncərələrdən yaş parça asmaq və ya günəş şüalarını qaytaran folqa yapışdırmaq olar. Kondisioner yoxdursa, sərinkeşin önünə içi buzla dolu qab qoyun.
Boyun, bilək və topuq nahiyələrini soyuq suda saxlayın. Bu hissələrdə iri qan damarları keçir.
Aloe-vera şirəsi və ya nanə yağı olan su spreyi daşıyın. Metroda platformanın giriş-çıxış qapılarının ağzında dayanmayın, vaqonun mərkəzinə keçin.
Saat 12:00-dan 16:00-dək küçəyə çıxmayın, çünki asfalt çox qızır.
Bədəni qəfil buzlu su ilə islatmayın. Bu, günvurma və qan damarlarının spazmına səbəb ola bilər.
Sərinkeşin qarşısında geyimsiz və birbaşa hava axınının altında oturmayın.












