Rusiyanın paytaxtı Moskvada iki qadın 17 yaşlı məktəblini 16 milyon rubl (təxminən 373 min manat) dəyərində aldadıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.
Özlərini "domofon xidməti" işçisi kimi təqdim edən qadınlar gənci "dövlət xidmətləri" hesabının sındırıldığına inandırıb. Onlar məktəblidən SMS-lə gələn kodu istəyib.
Daha sonra "ailə mülkiyyətini bəyan etmək" bəhanəsi ilə nağd pul, zinət əşyaları və atasının 6 milyon rubl dəyərində saatını ələ keçiriblər.
Hüquq-mühafizə orqanları 29 və 21 yaşlı iki qadını müəyyən edib. 21 yaşlı qadın qəniməti lombarda sataraq kriptovalyutaya çevirib.
Faktla bağlı cinayət işi açılıb.












