ABŞ Prezidenti Donald Trampın Pekin səfərində iştirak edən nümayəndə heyəti şəxsi noutbuk və telefonlarını istifadə etməyib. Səbəb Çin kəşfiyyatının mümkün kiberhücumlarından qorunmaqdır.
"Fox News" kanalının məlumatına görə, amerikalı rəsmilər yalnız müvəqqəti cihazlardan istifadə edirlər. Təhlükəsizlik qaydaları USB qoşulmalarını qadağan edir.
Eyni qaydalara "Apple", "Boeing", "Qualcomm" və "BlackRock" kimi şirkət rəhbərləri də əməl edir.












