Rusiyanın paytaxtı Moskvanın mərkəzində dəhşətli qəza baş verib. Avtomobil avtobus dayanacağına çırpılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ren TV" kanalı məlumat yayıb. Hadisə nəticəsində ən azı üç nəfər xəsarət alıb.
Zərərçəkənlərdən birinə döş qəfəsinin əzilməsi diaqnozu qoyulub, digər iki nəfərin isə ayaqları sınıb.












