ABŞ Prezidenti Donald Trampın adını daşıyan qızılı smartfonlar bu həftədən etibarən alıcılara göndərilməyə başlanacaq.
"USA Today" nəşri "Trump Mobile" şirkətinə istinadən xəbər yayıb.
Qeyd olunub ki, cihazın təqdimatı bir neçə dəfə təxirə salınıb. Smartfonun ilkin olaraq 2025-ci ilin avqustunda satışa çıxarılması planlaşdırılsa da, proses uzanıb.
"Trump Mobile" şirkətinin baş direktoru Pat O'Brayen istehsalatda müəyyən gecikmələrin yaşandığını təsdiqləyib.
Bundan əvvəl sosial şəbəkələrdə smartfonların alıcılara çatdırılmayacağı ilə bağlı iddialar yayılmışdı. Şirkət sifariş sayını açıqlamasa da, maraqdan razı qaldıqlarını bildirib.












