"Real Madrid" portuqaliyalı mütəxəssis Joze Mourinyo ilə müqavilə bağlamaq üzrə razılığa gəlib.
Oxu.Az-ın məlumatına görə, insayder Nikolo Skira bu barədə sosial şəbəkədə paylaşım edib.
Jurnalistin sözlərinə görə, "Xüsusi"nin İspaniya nəhəngi ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər olacaq. Mourinyonun "Benfika"dan vaxtından əvvəl ayrılması üçün madridlilər "qartallar"a 7 milyon avro ödəyəcək.
Qeyd edək ki, Mourinyo daha əvvəl 2010-13-cü illərdə "Real Madrid"də çalışıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionatı, ölkə kuboku və superkubokunu qazanıb.












