Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə dair müşavirədə subsidiyaların çevik olmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, ənənəvi bazarlarda məhsullara tələbatın nə vaxta qədər davam edəcəyi təhlil edilməlidir.
“Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Bu mexanizm hər il yenidən baxılmalıdır”, – deyə Prezident qeyd edib.












