ABŞ, İsrail və İran arasında gərginliyin azaldığına dair xəbərlər yayılsa da, tərəflər tez-tez yenidən təhdid dilinə keçir.
Baku TV-nin videomaterialında qeyd olunur ki, aylardır davam edən 'razılaşmaya az qaldı' bəyanatları heç bir real nəticə vermir.
Ekspertlərə görə, Yaxın Şərqdə sabitliyin olmaması bəzi oyunçulara fayda gətirir. 'Karneqi' beyin mərkəzi bildirir ki, silahlı münaqişələr siyasi nəzarəti gücləndirir və iqtisadi mənfəət yaradır.












