Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev WUF13-də iştirak edərək Qarabağdakı yenidənqurma işlərini beynəlxalq səviyyəli proses adlandırıb.
"Biz son 30 ildə ilk dəfə Azərbaycanla tikinti sahəsində əməkdaşlığı bərpa edirik", - deyə nazir bildirib.
O, Azərbaycanın bərpa səylərini vurğulayaraq, ötən il Qırğızıstan Prezidentinin tapşırığı ilə azad olunmuş ərazilərdə müasir məktəb inşa edildiyini qeyd edib.
Nazir həmçinin Azərbaycan biznesinin Qırğızıstana investisiya qoymağa başladığını və yeni investorları ölkəyə dəvət edib.












