Bond.az White LogoBond.az Black Logo

Bakı-Tbilisi qatarı mayın 26-da yola düşür

Bakı-Tbilisi qatarı mayın 26-da fəaliyyətə başlayır. Müasir vaqonlar, komfortlu səyahət, duş və televizor. Biletlər artıq satışdadır.

Elçin Abaslı
Müəllif:Elçin Abaslı- Senior Editor
|
0

Altı ildən sonra fəaliyyətini bərpa edən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarı mayın 26-dan etibarən müntəzəm olaraq reysə buraxılacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yataq tipli vaqonlardan ibarət müasir qatarlar həmin vaxtdan daşımalara start verəcək.

Komfort sinif üzrə kupelər dördnəfərlikdir və hər birində televizor var.

Bakı-Tbilisi-Bakı sərnişin qatarında ilk dəfə olaraq komfort və komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq yaradılıb.

Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitoru, pult və qulaqlıq yerləri mövcuddur.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Digər Xəbərlər
Bu gün / 16:47
|
520

Ağdamda ağıllı şəhər: 1268 mənzil tikildi

Ağdamda ağıllı şəhər layihəsi ilə 1268 mənzil tikildi. Sakinlər Vətən həsrətindən sonra dönüşün sevincini yaşayır.

0
Bu gün / 16:30
|
375

WUF13: Azərbaycan inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır. Bakıda keçirilən BMT Şəhərsalma Forumu qlobal mediada geniş işıqlandırılır.

0
Bu gün / 16:15
|
751

Eyvazxanbəyli kəndində yeni həyat

Ağdamın Eyvazxanbəyli kəndində 427 ev, uşaq bağçası, tibb mərkəzi və yollar tikilir. Müasir və təhlükəsiz həyat üçün bərpa layihələri.

0
Bu gün / 16:00
|
501

WUF13-də xarici jurnalistlər Şamaxıda

WUF13 çərçivəsində xarici media nümayəndələri Şamaxıda Cümə məscidi, Meysəri şərabçılıq kompleksi və Dəmirçilər kəndini ziyarət ediblər.

0
Bu gün / 15:46
|
573

WUF13-ün beşinci günü bitdi

WUF13-ün Bakıda keçirilən beşinci günü yekunlaşıb. Panellərdə dayanıqlılıq, mənzil siyasəti və Kəlbəcərin bərpası müzakirə olunub.

0
Bu gün / 15:30
|
418

Naxçıvan Turizm Departamenti ləğv olundu

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti ləğv edilib. Naxçıvan İqtisadiyyat Nazirliyi ləğvetmə prosesini həyata keçirəcək.

0
Bu gün / 15:16
|
934

Naxçıvan tələbələri üçün magistratura imtahanı imkanı

Naxçıvanda magistratura imtahanı verən tələbələr iyunun 14-də Bakıda yenidən imtahan verə bilərlər. Qeydiyyat mayın 23-dək davam edir.

0
Bu gün / 14:46
|
744

Mehman Mehdiyev ASCO-dan ayrıldı

Mehman Mehdiyev ASCO-dan ayrılaraq Dövlət Statistika Komitəsinə keçib. Təxminən 10 il Xəzər Dəniz Gəmiçiliyində çalışıb.

0
Bu gün / 14:34
|
492

Kəlbəcərdə 10-dan çox SES istifadəyə verildi

Kəlbəcərdə 10-dan çox su elektrik stansiyası istifadəyə verilib. Enerji təminatı və İstisu zavodu barədə ətraflı məlumat.

0
Bu gün / 14:33
|
329

PA-nın Vətəndaş Qəbulu Mərkəzində iyun qəbul cədvəli

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı il iyun ayı üçün qəbul cədvəli açıqlanıb. Bütün qəbul günləri və şəxslər burada.

0
Bu gün / 14:32
|
543

Kəlbəcərdə biznes hotel kompleksi tikilir

Kəlbəcər rayonunda 34 hektar ərazidə biznes hotel və istirahət kompleksi tikilir. 145 otaqlı hotel, restoran, hovuzlar və digər obyektlər özəl investisiyalarla inşa ediləcək.

0
Bu gün / 13:48
|
508

Məsim Məmmədov: Azərbaycan davamlı inkişaf edir

Məsim Məmmədov BMT Forumunda Azərbaycanın davamlı inkişafı və post-münaqişə yenidənqurmasından danışdı.

0
...