Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında ilahiyyatçı Məmmədəli Babaşlı islam əxlaqı və qurban ibadətini şərh edib.
O, ilk peyğəmbər Adəmin müsəlman olduğunu vurğulayıb: "Hər uşaq islam fitrəti ilə doğulur. Mühit onu ya dindar, ya dinsiz, ya da başqa inanca yönəldir".
Tarixdə ilk qurban ayinini Qabil təklif edib. O, qurbanı qəbul edilməyincə qardaşını öldürüb. Həzrət İbrahim və İsmayılın qurbanı ən kamil nümunədir.












