Ötən gün yağan güclü dolu Tovuz rayonunda meyvə bağlarına və tərəvəz sahələrinə ciddi ziyan vurub.
Xəzər TV-nin məlumatına görə, Kirən və Çatax kəndlərində yeni yetişən məhsullar məhv olub. Sakinlər aylarla çəkdikləri zəhmətin bir neçə dəqiqəyə yox olduğunu deyiblər.
Satıcılar isə məhsuldarlığın azalmasının yaxın günlərdə bazarlarda qiymət artımına səbəb olacağını bildiriblər. Xüsusilə, mövsümi meyvə və tərəvəzlərdə qiymətlərin qalxması gözlənilir.












