Mayın 21-də hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağa bilər. Gecə və səhər duman olacaq.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 60-65% olacaq.
Rayonlarda səhər qərbdən başlayaraq bəzi yerlərdə yağıntılı olacaq. Şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Axşam yağıntılar güclənə bilər.
Temperatur gecə 14-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.












