Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə bu gün saat 17:00 radələrində Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.
2000-ci il təvəllüdlü Nurlan Fəttahov idarə etdiyi VAZ-2107 markalı avtomobillə velosiped sürən azyaşlını vurub.
Ağır xəsarət alan uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma başlanılıb.












