Fövqəladə Hallar Nazirliyinə (FHN) Samux rayonu, Çobanabadlı kəndində bir nəfərin quyuya düşməsi xəbər verilib.
Dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə göndərilib.
1988-ci il təvəllüdlü Rauf Ələddin oğlu Fərmanlı təxminən 20 metr dərinliyi olan quyuya düşərək xəsarət alıb.
Xilasedicilər xüsusi avadanlıqla onu quyudan çıxarıb xilas ediblər.












