Ramil Səfərov bir vaxtlar Azərbaycan Ordusunun tanınmış zabiti idi. O, 1977-ci ildə Cəbrayılda doğulub. Hərbi təhsilini Türkiyədə alıb və 2001-ci ildə Gədəbəydə xidmətə başlayıb.
2004-cü ildə Macarıstanda ingilis dili kurslarında olarkən erməni zabiti öldürdüyü üçün həbs edilib. Ömürlük məhkum olunan Səfərov 2012-ci ildə Azərbaycana ekstradisiya edilib və əfv olunub. Prezident sərəncamı ilə azadlığa çıxan Səfərova mayor rütbəsi verilib.
Hazırda o, polkovnik rütbəsi daşıyır. Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinə tabe Heydər Əliyev adına Hərbi İnstitutda tədrislə məşğuldur. Həmçinin "Milli Təhlükəsizlik və Hərbi Elmlər" jurnalının məsul katibidir.












