ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edilən katerə hücum edib. Hücum nəticəsində bir nəfər həlak olub.
ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının verdiyi məlumata görə, kater şübhəli marşrut üzrə hərəkət edirdi və narkotik daşıdığı təsdiqlənib.
Hadisə zamanı iki nəfər sağ qalıb. Cənub Komandanlığı Sahil Mühafizəsini xəbərdar edib. ABŞ hərbçiləri xəsarət almayıb.












