Həkimlər ABŞ-nin keçmiş baş prokuroru Pem Bondidə qalxanabənzər vəzi xərçəngi aşkar ediblər.
Bu barədə "Axios" mənbələrinə istinadən məlumat yayılıb.
Diaqnoz onun vəzifəsindən ayrılmasından və yeni təyinatından qısa müddət sonra qoyulub.
Keçmiş baş prokuror artıq müalicə kursu keçib və hazırda sağlamlığını bərpa edir.
ABŞ lideri Donald Tramp Bondini Prezidentin Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasına (PCAST) təyin edib. Yeni vəzifəsində Bondi hökumət və texnologiya sektorunun nümayəndələri arasında qarşılıqlı əlaqə üzrə fəaliyyət göstərəcək.
Qeyd edək ki, Donald Tramp Bondini aprelin 2-də baş prokuror vəzifəsindən azad edib.












