Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq Aİ-yə yeni üzvlərin qəbulu qaydalarının dəyişdirilməsini təklif edib.
Təklifə əsasən, yeni üzvlər üçün səsvermə hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu addım Aİ daxilində qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi daşıyır.
Müzakirələr Monteneqro, Albaniya, Ukrayna və Moldovanın üzvlük prosesini sürətləndirmək planları ilə bağlıdır.
Sənəddə KİV azadlığı ilə bağlı problemlər halında yeni nəzarət mexanizmi nəzərdə tutulur.












