İsrailin hakim "Likud" partiyası lideri Benyamin Netanyahunun növbəti parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Partiyanın "X" sosial şəbəkəsində yayılan məlumata görə, Baş nazir Netanyahu yenidən seçkiyə qatılacaq.
Qeyd edək ki, İsraildə parlament seçkisi 27 oktyabr 2026-cı ilədək keçirilməlidir. Lakin səsvermənin sentyabr və ya oktyabrda baş tuta biləcəyi gözlənilir.











