İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Qayıdış proqramında nəzərdə tutulan güzəştləri açıqlayıb.
İkinci Dövlət Proqramı çərçivəsində vergi, gömrük, sosial ödənişlər və kommunal bağlantılar üzrə güzəştlər nəzərdə tutulur. Güzəşt müddətlərinin uzadılması, yeni təşviq mexanizmləri və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi əsas hədəflərdir.
Nazir bildirib ki, kredit faizlərinin subsidiyalaşdırılması, geoloji tədqiqatlar və insan kapitalının gücləndirilməsi də diqqətdə saxlanılacaq.












