Azərbaycanda ipoteka kreditlərinin verilməsində azalma müşahidə olunur. 2026-cı ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 200 milyon manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2% azdır.
Oxu.Az xəbər verir ki, Baku TV-nin videomaterialında bu barədə məlumat verilir. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği 33.3% azalaraq 100.4 milyon manat təşkil edib.
İqtisadçı Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarı yalnız ipotekadan asılı deyil. İpoteka kreditlərinin azalması ev satışına təsir göstərsə də, bu təsir bazarda ciddi dəyişiklik yaratmaq üçün kifayət deyil.
Qeyd edək ki, daşınmaz əmlak əsas investisiya alətlərindən biri olaraq qalır və bu sahəyə marağın davam edəcəyi gözlənilir.












