Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda maliyyələşdirəcəyi sahələri açıqlayıb.
Bankın Prezidenti Serhat Köksal bildirib ki, Bank müxtəlif sektorları maliyyələşdirir.
"AZAL ilə dünən müqavilə imzalamışıq. Qarşıdakı dövrdə Günəş enerjisi layihələrini maliyyələşdirəcəyik. Logistika, turizm, təhsil və digər sahələr də nəzərdə tutulub" - deyə o vurğulayıb.
Bankın əsas məqsədi üzv ölkələr arasında ticarəti inkişaf etdirməkdir. Azərbaycan hökuməti də bu istiqamətdə dəstək verir.












