Ağdam şəhərində məcburi köçkünlər üçün tikilən yaşayış kompleksinin qazanxanasının idarə olunmasına 354 008 manat xərclənəcək.
Xidməti "City Service" MMC göstərəcək. Şirkətin rəhbəri Tural Rəcəblidir.
Tural Rəcəbli mərhum sabiq deputat Hadi Rəcəblinin oğludur. Müqavilə dövlət satınalmalarının portalında keçirilməyib.












