Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktor müavinlərindən biri öz istəyi ilə vəzifəsindən ayrılıb.
Oxu.Az-ın məlumatına görə, Araz Nəsirov TƏBİB-dəki vəzifəsindən azad olunub.
O, 2022-ci ilin dekabrından bu postu tuturdu. Daha əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində çalışıb.












