Dünya bazarlarında neft qiymətləri qarışıq istiqamətdə hərəkət edir. "Brent" markalı neft ucuzlaşarkən, "WTI" bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 19:03-ə olan məlumata görə, London birjasında "Brent" neftinin iyul fyuçersləri 0,19 dollar (0,18%) azalaraq 107,58 dollar təşkil edib.
Eyni vaxtda Nyu-York birjasında "WTI" neftinin iyun fyuçersləri 0,86 dollar (0,84%) artaraq 103,04 dollara yüksəlib.












