Bond.az White LogoBond.az Black Logo

Dollar erası bitir?

Azərbaycanda dollar depozitlərinin payı azalır, manata etibar artır. İqtisadçı Xalid Kərimli dollar erasının bitdiyini şərh edir.

Kamran Səfərov
Müəllif:Kamran Səfərov- Senior Editor
|
0

2026-cı ilin ilk dörd ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

Rezident fiziki şəxslərin əmanətlərində dollarla saxlanılan vəsaitlərin payı mart ayında 2.1 faiz bəndi azalaraq 28 faizə enib.

İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirib ki, əhali son illərdə müşahidə olunan iqtisadi-maliyyə sabitliyi və neft qiymətlərinin yüksək olması fonunda manatın dəyərdən düşəcəyinə inanmır.

"Bu baxımdan manat depozitləri daha əlverişli şərtlər təqdim etdiyinə görə insanlar tədricən dollar depozitlərindən manat depozitlərinə keçirlər. Birinci məqam manata olan etibarın əhəmiyyətli dərəcədə artmasıdır və yaxın dövrdə manat üçün ciddi risklər görünmür. İkinci məqam isə iqtisadi aktivliklə bağlıdır", - deyə o qeyd edib.

Xalid Kərimlinin sözlərinə görə, idxalın azalması da xarici valyutaya tələbin aşağı düşməsinə səbəb olub. Belə ki, 2026-cı ilin birinci rübündə idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 29.3 faiz azalıb.

Qeyd edək ki, hərraclarda valyuta satışı ilə bağlı vəziyyət Azərbaycan Respublikası Dövlət Neft Fondundan büdcəyə transfertə təsir etməyib. Fonddan dövlət büdcəsinə proqnozlaşdırılan həcmdə - 4 milyard 280 milyon manat transfert həyata keçirilib.

Bu dövrdə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankının valyuta ehtiyatları 10.2 faiz artaraq 12.7 milyard ABŞ dollarına çatıb.

Digər Xəbərlər
2026-07-04 17:01
|
724

İpoteka azalması mənzil satışına necə təsir etdi?

İpoteka kreditlərinin azalması mənzil satışına necə təsir edir? İqtisadçı Vüqar Oruc şərh edir. Daşınmaz əmlak bazarındakı son vəziyyət.

0
2026-07-04 05:30
|
408

Azərbaycan nefti bahalaşdı: 72.93 dollar

Azərbaycan nefti bahalaşdı. "Azeri Light" neftinin qiyməti 72.93 dollar oldu. Yenilikləri izləyin.

0
2026-07-04 02:00
|
472

Yaponiya İrandan neft alacaq?

Yaponiya İrandan neft almaq üçün danışıqlara başlayıb. ABŞ sanksiyaları yumşaldıqdan sonra Tehran neft satışına icazə verib.

0
2026-07-03 14:33
|
699

Hadı Rəcəblinin oğluna 350 minlik iş

Ağdamda məcburi köçkünlər üçün yaşayış kompleksinin qazanxana sisteminə 354 min manat xərclənəcək. Xidməti Hadi Rəcəblinin oğlunun şirkəti göstərəcək.

0
2026-07-03 06:01
|
808

100 manatlıq yenilənmiş pul tədavülə buraxılır

15 iyulda yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxılır. Mərkəzi Bank saxtalaşdırmaya qarşı tədbirləri davam etdirir.

0
2026-07-03 05:32
|
795

Qızıl 4200 dolları keçdi

Qızılın qiyməti Comex birjasında 4200 dolları keçdi. Son məlumatlara görə, qızıl füçersi 4206.7 dollara yüksəlib.

0
2026-07-02 20:31
|
693

Türkiyə SEPA-ya qoşulmaq istəyir

Türkiyə Avropa Ödəniş Şurasına müraciət edərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaq niyyətini bildirib. Bu, Aİ ilə ticarət və investisiyaları artıracaq.

0
2026-07-02 17:31
|
805

Gənc jurnalistlər SOCAR-ın yaşıl enerji planında

SOCAR-ın Eko-parkında gənc media nümayəndələri üçün yaşıl enerji planı təqdim olundu, dekarbonizasiya strategiyası müzakirə edildi.

0
2026-07-02 15:31
|
891

Azərbaycandan tranzitlə Ermənistana buğda

Rusiyadan Ermənistana 14 vaqon buğda Azərbaycandan tranzitlə göndəriləcək. Yük Biləcəri stansiyasından yola salınacaq.

0
2026-07-01 14:00
|
663

45 nəfərə pulsuz mənzil veriləcək

Saatlı rayonunda 45 nəfərə pulsuz mənzil veriləcək. Əlil və şəhid ailələrinə 18 üçotaqlı, 27 ikiotaqlı mənzil.

0
2026-07-01 11:02
|
749

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik

ƏDV depozit hesabı ilə bağlı yeni dəyişiklik: sahibkarlara dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanı yaradılır.

0
2026-07-01 08:33
|
441

Sahil Babayev: QDTİB kiçik və orta biznesi maliyyələşdirəcək

Maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının kiçik və orta biznesi maliyyələşdirməyi planlaşdırdığını açıqladı.

0
...
Dollar erası bitir? | Bond.az