Vaşinqton və Pekin arasında danışıqlar yekunlaşıb.
Çin, ABŞ-nin "Boeing" şirkətindən 200 təyyarə sifariş etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz bir çox məsələni müzakirə etdik. Çox uğurlu görüş keçirdik. Razılaşdırılan qərarlardan biri 200 təyyarənin sifarişidir. Bu, çox böyük hadisədir. "Boeing" 150 təyyarə satmağı nəzərdə tuturdu, lakin rəqəm 200-ə çatdı. Bu, minlərlə yeni iş yeri deməkdir" - deyə Tramp vurğulayıb.












