Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında (KDR) və Uqandada Ebola virusu ilə bağlı 600 şübhəli hal və 139 şübhəli ölüm qeydə alınıb.
ÜST rəhbəri Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, rəsmi təsdiqlənmiş hallarla yanaşı, bu şübhəli rəqəmlər də mövcuddur.
“Epidemiyanın aşkarlanmazdan əvvəl nə qədər yayıldığını nəzərə alsaq, rəqəmlərin artacağını gözləyirik”, – deyə o qeyd edib.
Hazırda KDR-də 51, Uqandada isə 2 təsdiqlənmiş Ebola halı var.












