Rusiyanın paytaxtı Moskvada hava yenə rekord qırdı. Son 129 ilin ən yüksək temperaturu qeydə alınıb.
Rusiya Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, termometrlər +30°C göstərib. Əvvəlki rekord 1897-ci il mayın 20-də +29.7°C idi.
Bir gün əvvəl, mayın 19-da da temperatur rekordu yenilənmişdi: +30.3°C qeydə alınmışdı ki, bu da 1979-cu ilin göstəricisini 0.1 dərəcə keçmişdi.












