Tulon şəhərində dəhşətli hadisə baş verib.
38 yaşlı qadın və üç uşağı 13-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib. Prokuror Rafael Balland hadisə ilə bağlı açıqlama verib.
Uşaqların 6, 5 və 4 yaşlarında olduğu bildirilir. Prokurorluq hadisədə kənar şəxsin iştirakını sübut edən iz tapılmayıb.
Evdə qalan 4 uşaq isə dövlət himayəsinə götürülüb və psixoloji dəstək alır.












