Bond.az White LogoBond.az Black Logo

Piramida labirintində üçgünlük dəhşət

Rus rəssam Nikas Safronov Misir piramidasında üç gün azıb, balaca bir pişik onu xilas edib. Hekayəni oxuyun.

Səbinə Rəhimova
Müəllif:Səbinə Rəhimova- Senior Editor
|
0

Rusiyalı tanınmış rəssam Nikas Safronov Misirə səfəri zamanı piramidalardan birində azıb. Onu ölümün pəncəsindən isə balaca bir pişik xilas edib.

Oxu.Az xəbər verir ki, rəssam öz "Telegram" kanalında başına gələn bu qeyri-adi və maraqlı əhvalatı paylaşıb.

N.Safronovun sözlərinə görə, o, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin rəsmi dəvəti ilə onun portretini çəkmək üçün bu ölkəyə yollanıb. Lakin son anda dövlət başçısı təcili olaraq ölkə xaricinə uçmalı olub. Boş vaxtından səmərəli istifadə etmək istəyən rəssam turistlərin nadir hallarda baş çəkdiyi qədim bir piramidaya yollanıb. Lakin içəridə hərəkət edərkən səhv yönə tərəf gedib və nəticədə labirintlərdə azıb.

"Sürücü məni piramidanın yanına gətirdi və çöldə gözləyəcəyinə söz verdi, mən isə içəri girdim. Lakin daxildə səhv istiqamət seçdiyimi və azdığımı anladım. Tunellər bir-birinə olduqca bənzəyirdi, geri qayıtmaq üçün heç bir nişanə və işarət yox idi. Sanki zaman dayanmışdı, hətta saatımın əqrəbləri belə irəliləmirdi. İnsan belə vəziyyətdə qəribə bir hiss keçirir - artıq situasiyaya nəzarət edə bilmirsən, sadəcə mövcud olursan.

Mən saatlarla daxildə gəzdim və artıq reallıq hissimi itirirdim. Gücümə və suyuma qənaət etməyə başladım. Düzünü desəm, ümid belə artıq yavaş-yavaş məni tərk edirdi. Birdən qaranlıqdan bir miyoldama səsi eşitdim. Əvvəlcə mənə elə gəldi ki, susuzluqdan xəyal görürəm. Amma səsin gəldiyi tərəfə getdim və kiçik bir pişik balası gördüm. O mənə dünyadakı ən doğma canlı kimi göründü. Pişik irəli qaçdı, mən də onun ardınca addımladım. Bir müddət sonra qarşıda gün işığı peyda oldu. Beləliklə, mən piramidadan çıxa bildim", - deyə rəssam qorxulu anları xatırlayıb.

Minnətdarlıq əlaməti olaraq rəssam həmin heyvanı özü ilə birgə Moskvaya aparıb və ona "Kleopatra" adını qoyub.

"Sonradan məlum oldu ki, sürücünün günahı və koordinatları səhv deməsi ucbatından məni düz üç gün ərzində tapa bilməyiblər. Aidiyyəti qurumlar məni tamamilə fərqli bir ərazidə axtarıblar. Mən yerli rəsmilərə yalnız bir şey dedim: bu pişik balasını özümlə aparmağa icazə versələr, heç kimdən şikayətçi olmayacağam. Heyvan dişi olduğu üçün adını "Kleopatra" qoydum. Hərdən düşünürəm ki, o zaman baş verənlər sadəcə möcüzəvi bir xilas deyildi, bu, həqiqətən də ilahi bir lütf idi.

Mübarəkin portretini çəkə bilməsəm də, düzünü desəm, həmin Misir səfərindən gözlədiyimdən qat-qat daha çox şey qazandım", - deyə Nikas Safronov fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər
Bu gün / 04:01
|
921

Yayda saç yuma səhvi

Yay aylarında saç baxımında ən böyük səhv nədir? Mütəxəssis izah edir: saç yuma tezliyi baş dərisi tipinə görə dəyişir.

0
Bu gün / 03:31
|
813

Milyardlarla illik kometa Günəşdə yandı

Milyardlarla illik naməlum kometa Günəşdə yanaraq məhv oldu. Detallar Bond.az-da.

0
Bu gün / 03:00
|
978

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan öldü

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq öldü. Həkimlər xəbərdarlıq edir: hər təmasda profilaktik tədbir görün.

0
Bu gün / 02:30
|
460

İqlim dəyişikliyi flaminqolara təsir etdi

İqlim dəyişikliyi Keniyada flaminqoların rəngini solğunlaşdırır və onların sayını azaldır.

0
Bu gün / 02:00
|
585

Buzlu içki təhlükəsi: Gigiyena qaydalarına diqqət

Buzlu içkilər bağırsaq infeksiyası mənbəyi ola bilər. Gigiyena qaydalarına diqqət edin. Təhlükəsiz buz şəffaf olur.

0
Bu gün / 01:01
|
343

Baffet Qeytsə ianəni kəsdi: 20 illik ənənə sona çatdı

Uorren Baffet Bill Qeytsin fonduna ianəni dayandırdı. 20 illik ənənə pozuldu. Səbəb Epşteyn işi ilə əlaqəli araşdırmalardır.

0
Bu gün / 00:01
|
963

Asteroid 2024 YR4 Yerlə toqquşa bilər

Rusiyalı alim Yevgeni Burmistrov asteroid 2024 YR4-ün 2032-ci ildə Yerlə toqquşma ehtimalını açıqlayıb. Ehtimal 0.0017% təşkil edir.

0
Dünən / 23:30
|
910

Dünyanın ən qəribə smartfonları

BGR jurnalistləri bazara çıxarılmış ən qəribə smartfon modellərini siyahıya alıb. LG Wing, BlackBerry Passport, Amazon Fire Phone və daha çoxu.

0
Dünən / 23:00
|
476

Fransada onlayn mağazalara yeni qadağalar

Fransa ifrat sürətli dəbə qarşı yeni qanun qəbul etdi. Shein, Temu və AliExpress kimi platformalara sərt qadağalar tətbiq olunur.

0
Dünən / 22:30
|
600

Rusiyada erməniəsilli bloqerə cərimə

Rusiyada erməniəsilli bloqer Arsen Markaryan nifrət və düşmənçiliyə görə cərimələndi. O, rusları heyvanlarla müqayisə edən video yayımlamışdı.

0
Dünən / 22:02
|
570

Ferrari və BMW misdən alüminiuma keçir

Ferrari və BMW elektrik naqillərində misdən alüminiuma keçir. Bu addım istehsal xərclərini azaldır və avtomobilləri yüngülləşdirir.

0
Dünən / 22:01
|
803

İsti hava telefonu sıradan çıxara bilər

İsti hava smartfonunuzu sıradan çıxara bilər. Qızma əlamətlərini tanıyın və cihazınızı qorumaq üçün tədbirlər alın.

0
...
Piramida labirintində üçgünlük dəhşət | Bond.az