BGR jurnalistləri bazara çıxarılmış ən qeyri-adi dizaynlı smartfonların siyahısını hazırlayıb.
Oxu.Az xəbər verir ki, siyahıya daxil edilən bütün smartfonlar Android əməliyyat sistemi ilə işləyir.
LG Wing 5G ekranı 90 dərəcə fırlanan modeldir. Motorlu kamerası ilə fərqlənir.
BlackBerry Passport həm BlackBerry OS, həm də Android tətbiqlərini dəstəkləyir.
Amazon Fire Phone 3D effektli displeyə malik olsa da, uğursuz layihə oldu.
Samsung Galaxy Beam inteqrasiya olunmuş proyektora sahibdir.
Motorola Backflip isə masaüstü saat kimi istifadə oluna bilir.
Bütün bu modellər texnoloji baxımdan maraqlı olsa da, kommersiya uğursuzluğu yaşadı.












