Rusiyada Xoroşevski Rayon Məhkəməsi bloqer Arsen Markaryanı nifrət və düşmənçiliyin qızışdırılmasına görə cərimələyib.
Məhkəmə onun Telegram kanalında rusları heyvanlarla müqayisə edən video yayımladığını müəyyən edib. Markaryan 20 min rubl (təxminən 442 manat) cərimələnib.
Bloqer hazırda 4 il 6 ay həbs cəzası çəkir və internet idarəçiliyi fəaliyyəti qadağan edilib.












