Premium avtomobil istehsalçıları Ferrari və BMW, elektrik naqillərində misdən alüminiuma keçid edən yeni modellər hazırlayır.
Reuters-in məlumatına görə, bu addım istehsal xərclərini azaltmaq məqsədi daşıyır. Avropa istehsalçıları Çin və Tesla-nın ardınca gedir.
JPMorgan bankının hesablamalarına əsasən, mis istifadəsinin azalması qlobal tələbatı 2% aşağı sala bilər.
Ekspertlər misin bahalaşması və tədarük problemləri səbəbindən daha çox şirkətin alüminiuma yönələcəyini bildirir.
18 avtomobil şirkəti qeyd edir ki, alüminium həm xərcləri azaldır, həm də avtomobilləri yüngülləşdirir.












