Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) hərbi alyans olmadığını vurğulayıb.
“Son zamanlar birliyimizi hərbi alyans kimi xarakterizə edən fikirlər səslənir. Qazaxıstan bu mövqeyi rədd edir”, - deyə Tokayev bildirib.
O, TDT-nin ticarət-iqtisadi, yüksək texnologiya, rəqəmsal və mədəni-humanitar əməkdaşlıq üçün unikal platforma olduğunu qeyd edib.
Tokayev türk dünyasının birliyinin gücləndirilməsinin prioritet olduğunu və bu birliyin qorunmasının vacibliyini vurğulayıb.












