Bakının Binəqədi rayonunda, "15 sutka" kimi tanınan ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.
Hadisə nəticəsində avtobusun şüşələri sınıb, lakin xəsarət alan olmayıb.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, mayın 27-də saat 11:20-də 147 nömrəli marşrut avtobusu qəzaya uğrayıb.
İlkin məlumata görə, digər nəqliyyat vasitəsi manevr qaydalarını pozub. Sərnişinlər eyni marşrut üzrə hərəkət edən başqa avtobusa yönləndirilib.












