Babək rayonunda baş verən qəzada həlak olan Nail Əlizadənin tələbə olduğu məlum olub.
Oxu.Az-ın xəbərinə görə, Naxçıvan Musiqi Kolleci bu barədə məlumat yayıb.
Bildirilib ki, Nail Naxçıvan Dövlət Universiteti nəzdində Musiqi Kollecinin III kurs tələbəsi olub.
Mayın 23-də gecə saatlarında Çeşməbasar kəndi ərazisində "Hyundai" markalı avtomobilin aşması nəticəsində ağır yaralanan Nail xəstəxanada vəfat edib. Hadisədə daha 5 nəfər xəsarət alıb.












