Qazax rayonunun Aslanlı kəndində taxıl sahəsində yanğın baş verib. FHN dərhal əraziyə yanğınsöndürənləri göndərib.
Yanğın qısa müddətdə söndürülüb, ətraf ərazilərə və fermaya yayılmasının qarşısı alınıb.
Nəticədə 1 ha biçilməmiş, 7 ha biçilmiş taxıl sahəsi yanıb. Biçilməmiş sahələr və ferma mühafizə olunub.












